Azerbaycanlı gazeteci GZT için yazdı: Zəfər Azərbaycanındır

Arşiv
Arşiv

Azerbaycan ve Ermenistan arasındaki çatışmayı Trend Haber Ajansı Genel Yayın Yönetmeni Rufiz Hafizoğlu GZT için kaleme aldı.

Ermenistan-Azerbaycan cephe hattında, Ermeni güçlerinin Azerbaycan sivil yerleşim birimlerine ateş açması üzerine çatışmalar başladı. Rufiz Hafizoğlu GZT için yazdığı yazısında Ermenistan'ın bölgede yaptıklarının yeni olmadığını vurguladı.

Rufiz Hafizoğıu'nun yazısından satırbaşları bu şekilde;

Trend Haber Ajansı Genel Yayın Yönetmeni Rufiz Hafizoğlu
Trend Haber Ajansı Genel Yayın Yönetmeni Rufiz Hafizoğlu

27 sentyabr səhər saatlarından etibarən Ermənistan hərvi qüvvələri Azərbaycanın işğal altında olduğu ərazilərdən Azərbaycan ordusunun mövqelərini, eləcə də Azərbaycan kəndlərini atəşə tutdu. Buna cavab olar Azərbaycan ordusu bütün cəbhə xətti boyunca erməni ordusunu qarşı ək hücum əməliyyatı başlatdı.

Əslində Ermənistanın bölgədə təxribatı heç də yeni deyil, bir sözlə öz gücünü xalqdan alan Azərbaycan ordusu üçün yeni deyildi.

Bundan əvvəl də Tovuz rayonu istiqamətində Azərbaycanın əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu.

Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan ordusu öz gücünü digər dövlətlərdən alan və dövlət terroru siyasəti yürüdən Ermənistana layiqli cavabı verdi.

Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyev öz açıqlamasında Ermənistanın böyük müharibəyə hazırlaşdığını bildirdi və prezidentin söylədikləri 27 sentyabr tarixində öz əksini tapdı.

Bilindiyi kimi bu gün Azərbaycan ordusunun bütün cəbhə boyu başlatdığı əks hücumun ikinci günüdür və iki gün ərzində şanlı ordumuz xeyli irəliləyişlə bir çox kənd və yaşayış məntəqələrinin azad edib.

Ermənistan Azərbaycanı danışıqlar prosesini pozmaqda ittiham etsə də əslində Yerevan və Paşinyan hakimiyyəti sülhün və stabilliyinin qarşısında ən başlıca əngəldir.

Bu gün Azərbaycan müdafiə nazirliyinin açıqlamasında qeyd olunur ki , Ermənistan tərəfinin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var

Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var.

Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir.

Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir.

Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq.

Budur Ermənistanın vəziyyəti, budur sülhdən və danışıqlardan dəm vuram Paşinyan hökumətinin vəziyyəti.

Şübhəsiz , Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır və bunu edəcək... Zəfər Azərbaycanındır...

Bugünün gazete manşetleri için tıklayın >